Netanyahu əməliyyatdan sonra özünü yaxşı hiss edir
Binyamin Netanyahu bu barədə “Twitter”də paylaşım edib
İsrail Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra özünü necə hiss etdiyini açıqlayıb.
Binyamin Netanyahu bu barədə “Twitter”də paylaşım edib.
O, bildirib ki, əməliyyatla kardiostimulyator quraşdırıldıqdan sonra özünü yaxşı hiss edir və iyulun 24-də Knessetdə hüquqi islahatlarla bağlı qanun layihəsinin müzakirəsində iştirak edəcək.
Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb. Əməliyyatla əlaqədar B.Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.