Uşaqlar qlükoza monitorinq cihazı ilə təmin olunacaq
Bu barədə TƏBİB məlumat yayıb
TƏBİB-in dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzdə şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqların davamlı qlükoza monitorinq cihazı ilə təmin olunmasına başlanılıb.
Bu barədə TƏBİB-in mətbuat xidməti xəbər yayıb.
Bu barədə TƏBİB-in mətbuat xidməti xəbər yayıb.
Şəkərli diabetdən əziyyət çəkən 5-15 yaşlı uşaqlar bundan sonra Respublika Endokrinoloji Mərkəz tərəfindən davamlı qlükoza monitorinq cihazı ilə təmin olunacaq. TƏBİB-in dəstəyi ilə əldə olunan bu cihazların artıq Mərkəz tərəfindən qeydiyyatda olan uşaqlara paylanılmasına başlanılıb.
Qeyd edək ki, indiyə qədər diabet xəstələrinə şəkər ölçən qlükometr cihazı verilirdi. Qlükometr cihazı vasitəsilə qanda şəkəri ölçmək üçün gündə 4-7 dəfə uşağın barmağından qan alınaraq həyata keçirilirdi, bu da uşaqlarda iynə fobiyası yaratdığına görə həm uşaqlarda, həm də valideynlərə çətinlik yaradırdı.
Məlumdur ki, diabet xəstəliyinin müalicəsinin əsasını şəkəri nəzarət altında saxlamaq, özünə nəzarət təşkil edir. Qanda davamlı qlükoza monitorinq sistemi vasitəsilə fizioloji olaraq da şəkərlərin amplitudasını izləmək və fəsadların qarşısını almaq mümkün olacaq.
Qeyd edək ki, hər bir pasiyentə 14 gündən bir dəyişmək şərtilə iki cihaz verilir.