XƏBƏRLƏR / Sağlamlıq

TƏBİB marketdəki insidentlə bağlı məlumat yayıb

Xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib

TƏBİB marketdəki insidentlə bağlı məlumat yayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb. TƏBİB-dən bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. Hadisə nəticəsində xəsarət alan iki nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

    Qeyd edək ki, bir nəfər hadisə yerində ölüb.