XƏBƏRLƏR / Sağlamlıq

Erməni separatçılarına psixotrop dərmalar veriləcək?

Bu səyaqlamanı Ermənistan baş naziri Paşınyan televiziya müsahibəsində səsləndirib

Erməni separatçılarına psixotrop dərmalar veriləcək?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İçtimai televiziyasına müsahibəsində erməni separatçılarının məhkəməsi barədə danışıb.

    Paşinyan: "Bakıdakı prosesdən Ermənistan Respublikasına qarşı istifadə olunacaq. Deyirsən ki, biz onların orda olmasına şadıq? Onlardan Ermənistan Respublikası əleyhinə sübutlar çıxarmaq üçün orada psixotrop dərmanlardan istifadə olunacaq. Əlimizdə kəşfiyyat məlumatları var ki, bu dərmanlar və ifadələr Ermənistana qarşı istifadə olunacaq. Siyasi rəqiblərimizin Bakıda həbsdə olmasına sevindiyimizi deyirsiniz? Bu necə ağlınıza gələ bilər? Biz onları azad etmək üçün öz resurslarımızdan istifadə edirik. Dünyanın bir çox güclü dövlətləri oxşar problemlərlə üzləşə bilər və hər şeyi bir anda həll etmək mümkün deyil."

    Maraqlıdır ki, erməni "kəşfiyyatı" Azərbaycanın "psixotrop dərmanların" istifadə edəcəyi haqda  gələcək zamanda(!!) deyir.  Bununla Paşinyan, öz aləmində, separatçıların onun cinayyətlərini üzə çıxarmasından ehtiyatlanaraq, güya özünü sığortalamaq istəyir.