Xəstəxanalar ermənilər üçün hazır vəziyyətə gətirildi
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib
Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbulu üçün hazır vəziyyətə gətirilib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib:
- Biz humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün BQXK ilə, həmçinin Qarabağın erməni əhalisinin nümayəndələri ilə müntəzəm əlaqə saxlayırıq.
- Dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarının xəstəxanaları Xankəndindən xeyli sayda xəstələrin qəbulu üçün gücləndirilib və bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib.
- Yanıqların müalicəsi üçün xüsusi olaraq dərmanlar və digər tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Bu gün də, yaxın günlərdə də davam edəcək.
- Ermənistandan Qarabağa tibbi yardıma ehtiyacı olan insanların daşınması və yerdə tibbi yardımın göstərilməsi üçün həkim briqadası olan helikopterin çıxışı təmin edilib.
- Hazırda biz BQXK-nın Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi evakuasiya və humanitar yardımın çatdırılması üçün eksklüziv çıxışını təmin etmək üçün çalışırıq”.