İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb
Bu barədə ölkənin hökumət portalında dərc olunan məlumatda bildirilir
İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazzi dağlarda gəzinti zamanı ölüb.
Bu barədə ölkənin hökumət portalında dərc olunan məlumatda bildirilir.
Məlumata görə, 55 yaşlı Simonazzi mayın 10-da dağlarda gəzinti zamanı huşunu itirib və daha sonra vəfat edib. Onun arvadı və üç övladı var.
Hökumət Federal Şuranın və İsveçrənin Federal Kanslerinin siyasətçinin ailəsinə və yaxınlarına başsağlığı verdiyini bildirib. Simonazzinin yaxınları mediadan onlarla əlaqə saxlamamağı və yaslarına hörmətlə yanaşmağı xahiş ediblər.
Qeyd edək ki, Andre Simonazzi 2008-ci ilin noyabrında vitse-kansler və İsveçrə Federal Şurasının sədri təyin edilib. 2009-cu il yanvarın 1-dən hökumətin iclaslarında iştirak edir, kommunikasiyalarla məşğul olub. Federal Kanslerdə bir neçə departamentə və Prezident xidmətinə rəhbərlik edib.