Azərbaycanda dəm qazından zəhərlənənlərin sayı artir
Son günlərdə Sumqayıt və Goranboyda 9 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.
Məlumata görə, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları; 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya edilib.
Goranboyda isə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
Hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.
Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.