XƏBƏRLƏR / Sağlamlıq

Metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi varmı?

Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) məsələyə aydınlıq gətirib

Metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi varmı?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ÜST hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur və insan sağlamlığı sahəsində fövqəladə vəziyyətdən söhbət getmir.

    Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra Facebook-da yazıb.

    Metapnevmovirus tənəffüs yollarının patogenidir və körpələr, yaşlılar və immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəli ola bilər.

    Simptomlara burun axması, öskürək, qızdırma və nəfəs almaqda çətinlik daxildir.

    Metapnevmovirus hava-damcı üsulu ilə ötürülür.