XƏBƏRLƏR / Sağlamlıq

Nazarbayev əməliyyatdan sonra evə buraxıldı

O, yanvarın 20-də ürəyindən əməliyyat olunmuşdu

Nazarbayev əməliyyatdan sonra evə buraxıldı
N.Nazarbayev
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb. Bu barədə "Kommersant" məlumat verib.

    "O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb", - kardiocərrahiyyə mərkəzindən bildirilib.

    Sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb. 

    Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstan prezidenti olub. 2019-cu ilin martında o, öz istəyi ilə tutduğu postdan istefa verib. Beləliklə, Nazarbayevin varisi Kasım-Jomart Tokayev olub.