Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb
Yazıçı aprelin 6-dan xəstəxanada idi
Xalq yazıçısı Çingiz Abdullayev bu gün xəstəxanadan evə buraxılıb.
Bu barədə Mərkəzi Gömrük Hospitalından bildirilib.
Qeyd edilib ki, 6 aprel 2024-cü il tarixində səhər saat 3 radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev sağalaraq bu gün evə yazılıb.