Muharrem İncə xəstəxanaya yerləşdirilib
Bu barədə siyasətçi twitter hesabında yazıb
Məmləkət Partiyasının sədri, Türkiyə prezidentliyinə keçmiş namizəd Muharrem İncə xəstəxanaya yerləşdirilib. Bu barədə siyasətçi tviter hesabında yazıb. O, palatada siyasətdən kənar olduğunu qeyd edib.
Xatırladaq ki, Muharrem İncə mayın 11-də prezidentliyə namizədliyini geri götürüb.