Tanınmış aparıcı Aytən Səfərovanın səhhəti yaxşılaşır. Lakin psixoloji vəziyyəti gərgin olaraq qalır. Yaxın günlərdə Aytən Səfərovanın müalicə olunduğu Kliniki Tibbi Mərkəzdən evə buraxılacağı deyilir.
Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Aytən Səfərovanın isə qabırğaları sınmışdı.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.