XƏBƏRLƏR / Sağlamlıq

Naxçıvan sakini səhv diaqnozdan öldü

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib

Naxçıvan sakini səhv diaqnozdan öldü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Naxçıvan Muxtar Respublikası Xəstəxanası” PHŞ-nin Kardioloji Mərkəzində müalicə alan Culfa rayonunun Gülüstan kənd sakini Elməddin Vəliyevin ölməsi ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

    Araşdırma zamanı toplanmış sübutlara əsasən, Elməddin Vəliyevdə aşkar edilmiş sağ ağciyər xərçənginin həkimlər tərəfindən “Pnevmoniya” kimi qiymətləndirilməsi və patologiyanın müalicə tədbirlərindən kənarda qalması, eləcə də sağ ağciyərdə aşkar edilmiş patoloji kölgəliyin göbələk infeksiyası kimi qiymətləndirilməsi nəticəsində onun düzgün müalicə olunmamasına əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Naxçıvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.