İtaliya Qəzzada səhra xəstəxanası qurmağı nəzərdən keçirir
Bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib
İtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür.
Bu barədə ölkənin müdafiə naziri Qido Krosetto məlumat verib.
"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan daha bir təyyarəsi Əl-Ariş hava limanına enib (Misir – red.). Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk”, - deyə nazir X sosial şəbəkəsindəki səhifəsində yazıb.