XƏBƏRLƏR / Sağlamlıq

Afrikada meymunçiçəyi virusu sürətlə yayılır

Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb

Afrikada meymunçiçəyi virusu sürətlə yayılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Afrikada meymunçiçəyi virusu sürətlə yayılır.

    Bu, Afrika İttifaqının Səhiyyə Agentliyinin yaydığı məlumatda əksini tapıb.

    Yalnız ötən həftə ərzində 1200 yeni yoluxma qeydə alınıb. Virusun yayılan 3 növü arasında təhlükəli “Clade 1b” növü də var.

    Ümumilikdə bu ilin əvvəlindən Afrika İttifaqının 12 ölkəsində 18 737 yoluxma halı qeydə alınıb, 541 nəfər ölüb.