Braziliya Prezidenti reanimasiyadadır
Luiz İnasio Lula da Silva beynindən əməliyyat olunub
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva beyin əməliyyatı keçirib.
Bu barədə hökümət məlumat yayıb.
Məlumata görə, Prezident Luiz İnasio Lula da Silva dünən gecə baş ağrısı səbəbindən xəstəxanaya yerləşdirilib. MRT-də oktyabrın 19-da evində keçirdiyi bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb. Prezident beyin əməliyyatı keçirib, reanimasiyadadır.