Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İspaniyaya səfəri təxirə salınıb.
Bu barədə Türkiyənin "Cümhuriyyət" qəzeti yazıb.
Dövlət başçısının səhhətində yaranan problem (soyuqdəymə) səbəbilə onun bütün səfər proqramı ləğv edilib.
Ərdoğan Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etməli idi.