Lukaşenkonun ağır xəstə olduğunu yazırlar
Belarus Prezidenti sonuncu dəfə mayın 9-da adam üzünə çıxıb
Belarus müxalifətinin lideri Pavel Latuşko Prezident Aleksandr Lukaşenkonun ağır yoluxucu - allergik miokarditi xəstəliyinə tutulduğunu deyib.
Bu xəstəliyin simptomları nəfəs darlığı, nasazlıq, taxikardiya, ürək ağrısı, oynaqlarda orta dərəcədə ağrıdır.
Lukaşenko bir neçə gün ardıcıl olaraq ictimaiyyət qarşısına çıxmır. Onu sonuncu dəfə mayın 9-da görüblər. Bir neçə vacib təddbirdə onu başqa məmurlar əvəz edib.
Belarusun Prezident aparatı xəbəri nə təsdiq, nə də təkzib edib.