İrandan gələn keyfiyyətsiz qida məhsulları məhv edilidi FOTO
Bu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı nəzarət tədbirləri zamanı aşkar edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı nəzarət tədbirləri zamanı İrandan idxal olunan bəzi ərzaq məhsullarında uyğunsuzluqlar aşkar edilib.
Agentliyin müfəttişləri tərəfindən götürülmüş məhsul nümunələrinin laboratoriya müayinələri nəticəsində turşu pide çörəyi, ərik qurusu və şirin çörək (tort) kimi məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlak üçün yararsız olduğu müəyyən edilib.
Yuxarıda göstərilən faktlara görə məhsul partiyaları məhv edilib.