Bu gündən xəstəlik arayışları elektron formatda veriləcək
Sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə emal ediləcək

Bu gündən Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki tibb müəssisələrində xəstəlik məzuniyyəti arayışlarının (bülleten) elektron formatda verilməsinə başlanılacaq.
Sənədlər Vahid Səhiyyə İnformasiya Sistemi vasitəsilə emal edilərək elektron formada işəgötürənə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) göndəriləcək.
Elektron arayışlar müvəqqəti əlilliyə, hamiləliyə və doğuşa görə müavinətlərin hesablanması üçün əsas olacaq. Məlumatlar Dövlət Sosial Sığorta Fondu sistemi vasitəsilə işəgötürənlərə, e-Səhiyyə portalı və tətbiqi vasitəsilə isə tibb işçilərinə təqdim olunacaq. Hətta qeyri-iş günlərində də elektron xəstəlik məzuniyyəti arayışı almaq mümkün olacaq.