BQXK 10 pasienti Qarabağdan İrəvana apardı
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 10 nəfəri müalicə üçün Ermənistana aparıb. Sərhədi cəmi 30 nəfər keçib.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 3 nəfərin müşayiətçiləri ilə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.