Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım gösttərib
Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.