Laçın DSKM adi iş rejimində çalışır
Daha bir qrup erməniəsilli sakin Xankəndidən Ermənistana müalicəyə yollanıb
Laçın dövlət sərhəd-keçid məntəqəsində (DSKM) erməni millətindən olan şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində sərbəst keçidi təmin edilir.
BQXK-ya məxsus yeddi maşında 15 nəfər olub: BQXK nümayəndələri, sürücülər, müşahidəçilər, tibb işçiləri və tibbi yardıma ehtiyacı olan 8 erməni vətəndaşı. Sənədlər yoxlanıldıqdan sonra onların sərbəst hərəkəti təmin edilib.