Bəstəkar Cavanşir Quliyev palataya köçürüldü
Bu barədə bəstəkarın yaxın dostu Hamlet İsaxanlı məlumat verib
Azərbaycanlı bəstəkar Cavanşir Quliyevin səhhəti yaxşıdır və artıq palataya köçürülüb. Təqribən 5-10 günə indi müalicə olunduğu "Acıbadem" xəstəxanasından (İstanbul) çıxacaq. Bunu ANS Press-ə bəstəkarın yaxın dostu, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.
"Cavanşir Quliyev indi özü zəng etdi və bildirdi ki, özünü yaxşı hiss edir" - deyə Hamlet İsaxanlı bildirib.
Xatırladaq ki, Türkiyədə səfərdə olan 74 yaşlı bəstəkar Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. İlkin məlumata görə, bəstəkar insult keçirib.