Həmid Herisçi xəstəxanadan evə buraxıldı
Bu barədə ANS Press-ə şairin həyat yoldaşı İlhamiyyə Rza məlumat verib
Tanınmış azərbaycanlı aparıcı və şair Həmid Herisçi xəstəxanadan evə buraxılıb.
Bu barədə ANS Press-ə şairin həyat yoldaşı İlhamiyyə Rza məlumat verib.
Həmid Herisçinin səhhəti yaxşıdır.
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilirdi.