Güllələnən baş nazir xəstəxanadan evə buraxıldı
Bu barədə "Reuters" məlumat yayıb
Slovakiyanın güllələnmiş baş naziri Robert Fitso xəstəxanadan evə buraxılıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Bundan əvvəl xəstəxana Fitsonun əlavə müayinələrdən keçdiyini və onun səhhətinin müsbət dinamikasını təsdiqlədiyini və reabilitasiyaya başladığını bildirmişdi.
Bu yaxınlarda Slovakiyanın müdafiə naziri Robert Kaliniak bildirib ki, Fitsonun sağalması son dərəcə uzun çəkəcək.