Qripə qarşı peyvəndləməyə başlanılıb
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib
Qripə qarşı peyvəndləməyə yeni başlanılıb.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qripə qarşı peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilib və artıq prosesə başlanılıb: "Bununla bağlı statistik rəqəmlər bir ay sonra açıqlana bilər".
Qurbanov onu da bildirib ki, ilin sonuna kimi yuxarı yaş qrupundan olan vətəndaşların qızılca əleyhinə vaksinasiyası üçün peyvəndlər gətiriləcək.