XƏBƏRLƏR / Sağlamlıq

Bəstəkar Cavanşir Quliyevin ürəyinə stend qoyuldu

Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib

Bəstəkar Cavanşir Quliyevin ürəyinə stend qoyuldu
Cavanşir Quliyev
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanlı bəstəkar Cavanşir Quliyevin səhhəti yaxşılaşır. Bunu ANS Press-ə bəstəkarın yaxın dostu, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.

    Hamlet İsaxanlı

    "Cavanşir Quliyevin səhhəti barədə tez-tez məlumat alıram. Bir az əvvəl ürəyinə stend qoyulub. Sabah palataya köçürüləcək. Bir az əvvəl də dediyim kimi, Azərbaycan dövlətindən, həmçinin Heydər Əliyev Fondundan böyük dəstək var"- deyə Hamlet İsaxanlı bildirib.

    Xatırladaq ki, Türkiyədə səfərdə olan 74 yaşlı bəstəkar Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. İlkin məlumata görə, bəstəkar insult keçirib. 

    ***

    15:24

    Azərbaycanlı bəstəkar Cavanşir Quliyevin səhhəti yaxşılığa doğrudur. Həkimlər onu sağaldacaqlarını deyiblər. Bunu ANS Press-ə bəstəkarın yaxınları bildirib.

    "Azərbaycan dövlətindən böyük dəstək var, həmçinin Heydər Əliyev Fondundan da. Əvvəlki xəstəxanası yaxşı deyildi, indi "Acıbadem" xəstəxanasına köçürülüb, orada yaxşı baxırlar".

    Xatırladaq ki, Türkiyədə səfərdə olan 74 yaşlı bəstəkar Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. İlkin məlumata görə, bəstəkar insult keçirib.