Qəzada sağ qalanlardan 12-si bu gün ölkəyə gətirilir
Vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin FHN-in xüsusi təyyarəsi ilə Bakıya gətirilir

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzası nəticəsində sağ qalan sərnişinlərdən 12 nəfər bu gün ölkəyə gətirilir.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya gətirilir.