XƏBƏRLƏR / Sağlamlıq

Madonna huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib

Ona təcili olaraq “Narcan” inyeksiyası vurulub ki, bu da həddən artıq narkotik qəbulu zamanı təcili hallarda istifadə olunan preparatdır

Madonna huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Amerikalı məşhur müğənni Madonna xəstəxanaya yerləşdirilib.

    Xarici KİV xəbər verir ki, müğənni Nyu-Yorkdakı mənzilində huşsuz vəziyyətdə tapılıb. Ona təcili olaraq “Narcan” inyeksiyası vurulub ki, bu da həddən artıq narkotik qəbulu zamanı təcili hallarda istifadə olunan preparatdır.

    Məlumata görə, preparat sənətçiyə bakterial infeksiyanın səbəb olduğu septik şokla mübarizə məqsədilə vurulub.

    Bundan əvvəl Madonnanın meneceri bildirmişdi ki, sənətçidə bakterial infeksiya aşkarlanıb və müğənni reanimasiyaya yerləşdirilib. Bir neçə gün sonra Madonna xəstəxanadan evə buraxılıb.