Xankəndi-Laçın yolu var gücü ilə işləyir
"Qırmızı Xaç" Xankəndidən Ermənistana və əks istiqamətdə xəstələri çatdırıb
Azərbaycanın Laçın Sərhəd Keçid Məntəqəsinin nəzarəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Xankəndidən olan xəstələri Ermənistandakı tibb mərkəzlərinə köçürüb.
Xankəndidən 15 xəstə aparılıb, 12 nəfər isə Ermənistandan Xankəndiyə qaytarılıb.
Bunda başqa humanitar yardım partiyası da çatdırılıb. Mayın 17-dən indiyədək 16 yük maşını dərman preparatları, yerli tibb mərkəzləri üçün zəruri əşyalar və BQXK-nin işi üçün lazım olan yüklər daşınıb.
Bu barədə BQXK-nin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni xəbər verib.