XƏBƏRLƏR / Sağlamlıq

Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb

Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

    Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

    Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator viruslar ARVI və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.