XƏBƏRLƏR / Sağlamlıq

Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb

TƏBİB xəbər verir

Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dekabrın 24-də Tovuzda peşə məktəbində zəhərlənənlərdən 5 nəfər ambulator müalicə almaq üçün evə buraxılıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, 3 nəfərin isə müalicəsi yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

    “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib”, - deyə məlumatda qeyd edilib.

    Xatırladaq ki, dünən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə qeydə alınıb. Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, onlar tortdan zəhərləniblər.