XƏBƏRLƏR / Sağlamlıq

Sığınacaqda qızılcaya yoluxan uşaqlardan 10-u xəstəxanadadır

TƏBİB məlumat yayıb

Sığınacaqda qızılcaya yoluxan uşaqlardan 10-u xəstəxanadadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:24

    Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

    ***

    12:01

    Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacaqda qalan çoxlu sayda uşaq qızılcaya yoluxub.

    Təşkilatdan "Trend"ə verilən məlumata görə, yoluxan uşaqların sayı hələ dəqiq deyil.

    İctimai Birlikdən qızılcaya yoluxan uşaqların sayı ilə bağlı konkret rəqəmlərin açıqlanacağı bildirilib.