Lex Valensa koronavirusa yoluxdu
Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb
Polşanın sabiq lideri Lex Valensa koronavirusa yoluxub.
Bu barədə o, özünün "Facebook" səhifəsində məlumat yayıb.
“COVID məni vurdu”, - o, xəstəxana çarpayısından fotosuna belə yazıb.
Lex Valensa Polşanın dövlət və siyasət xadimidir. O, Solidarnost"un (Həmrəylik) müstəqil həmkarlar təşkilatının yaradıcılarından biridir. 1990—1995-ci illərdə Polşaya rəhbərlik edən siyasətçi 1983-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.