Minaya düzən ANAMA əməkdaşının vəziyyəti orta ağırdır
Əkbərov Vaqif Sabir oğlu Ağdamda mina partlayışı nəticəsində xəsarət almışdı
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Əkbərov Vaqif Sabir oğlunun vəziyyəti orta ağırdır. Heç bir həyati təhlükəsi yoxdur.
Bunu Ağdam Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Nofəl Zeynalov deyib.
“Əkbərov Vaqif Sabir oğlu təcili tibbi yardım avtomobili ilə saat 12:15 radələrində xəstəxananın qəbul şöbəsinə gətirildi. Xəstəyə dərhal ilkin müdaxilələr olundu. Yara birinci tikildi, sağ ayaq aşıq nahiyəsindən amputasiya olundu. Qanaxma dayandırıldı. Hazırda xəstənin vəziyyəti orta ağır olaraq qalır. Heç bir həyati təhlükəsi yoxdur” – deyə xəstəxananın şöbə müdiri bildirib.