Bir qrup alim 200-yə yaxın ölkəni əhatə edən və son 30 ildə müxtəlif xəstəliklərdən ölüm hallarını qiymətləndirən uzunmüddətli tədqiqatın nəticələrini dərc edib.
Araşdırma “The Lancet” jurnalında dərc olunub.
Alimlər qeyd ediblər ki, pandemiyanın nəticələri səbəbindən dünyada orta ömür uzunluğu azalıb, amma indi bu rəqəm artır.
2019-cu ilə qədər olan məlumatlara görə, ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir: koronar ürək xəstəliyi, insult, KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi), tənəffüs yollarının infeksiyaları, neonatal problemlər (həyatın ilk ayında ölüm), Alzheimer xəstəlik, ağciyər xərçəngi, diabet, böyrək xəstəliyi və bağırsaq infeksiyaları.
Reytinqdə qocalmaya xas olan xəstəliklər də yüksəlir. Məsələn, Alzheimer xəstəliyinin hələ də effektiv müalicəsi yoxdur, bu da faciəvi nəticələrə gətirib çıxarır.