XƏBƏRLƏR / Sağlamlıq

Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir?

Hadisə rayonun Qaranuru kəndində baş verib

Dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri necədir?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 13:57

    Saatlıda mikroavtobusda dəm qazından zəhərlənən məktəblilərin vəziyyətləri stabildir.

    Saatlı rayon xəstəxanasından verilən məlumata görə, tibb müəssisəsinə zəhərlənmə diaqnozu ilə 1 müəllim və 8 şagird daxil olub. Onlar müayinədən keçirilib, ilkin tibbi yardım göstərilib. Hazırda özlərini yaxşı hiss edirlər, vəziyyətləri stabildir.

    ***

    Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

    Hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda dəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.