Zəlzələ ilə bağlı təcili yardıma 34 nəfər müraciət edib
Bu barədə TƏBİB-dən məlumat verilib
İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.
Məlumatda qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə edilib: "Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub".