Milli Məclisin deputatı Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib. Bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, hazırda deputatın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.
Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.