BQXK 23 nəfəri Ermənistana apardı
Bu barədə BQXK-nın Azərbaycan ofisindən xəbər verilib
"Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) xətti ilə 23 nəfər erməni əsilli şəxs Laçın koridoru ilə keçərək Ermənistandakı ailələrinə təhvil verilib". Bu barədə ANS Press-ə BQXK-nın Azərbaycan ofisindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
ANS Press-in Xankəndiyə hümanitar yardım və dava-dərman daşınmasında niyə ancaq BQXK-nin İrəvan ofisi iştirak edir, amma Bakı ofisi iştirak etmir? sualına cavab olaraq İ.Hüseynova qeyd edib ki, Qarabağın erməni sakinlərinin Ermənistandakı xəstəxanalara daşınması və onların dava-dərmanla təchiz olunması məsələsinə gəlincə, qarabağlı xəstə ermənilərin daşınmasında yalnız BQXK-nın Ermənistan ofisinin nəqliyyatından istifadə edilməsi məsələsi doğru deyil: "Biz beynəlxalq təşkilatıq. Hər hansı ofis gücü və imkanı çatdığını edir".