ABŞ-da bu mövsüm azı 16 min insan qripdən dünyasını dəyişib
Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin məlumat;nda deyilir
Birləşmiş Ştatlarda bu il mövsümi qripdən ən az 16 min nəfər dünyasını dəyişib.
Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlnin dərc etdiyi məlumatda deyilir.
ABŞ-ın bəzi ştatlarında mövsümi qripə yoluxma hallarında artım qeydə alınır. Ötən həftə qrip virusu səbəbindən uşaqlar arasında səkkiz ölüm hadisəsi baş verib. Mövsümün əvvəlindən isə həyatını itirən uşaqların sayı 82 nəfərə çatıb.
Son həftə ərzində 11 minə yaxın insan ağırlaşmış qrip diaqnozu ilə xəstəxanalara yerləşdirilib. ABŞ-ın səhiyyə xidmətləri hər kəsə illik qrip peyvəndi vurdurmağı tövsiyə edir.