Bəstəkar Cavanşir Quliyevin son vəziyyəti
Fevralın 5-də səhər saatlarında Cavanşir Quliyevin halı pisləşmiş və o, Türkiyədə xəstəxanaya yerləşdirilmişdi
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev: "İndi babatam, krizis keçdi. Hər kəsə təşəkkürlər!".
Bunu ANS Press-ə Cavanşir Quliyevin özü deyib.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib və xəstəxanaya yerləşdirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Cavanşir Quliyevin müalicəsinə dəstək verilir.
Bəstəkar fevralın 12-də Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib.