XƏBƏRLƏR / Sağlamlıq

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib

Mövlud Süleymanlı yarı koma vəziyyətindədir

Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib
Mövlud Süleymanlı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xalq yazıçısı Mövlud Süleymanlı insult keçirib.

    Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

    Onun sözlərinə görə, yazıçının beyninə qan sızıb, vəziyyəti orta-ağırdır:

    “Hazırda reanimasiyadadır. Müalicəsi davam etdirilir”.

    81 yaşlı Mövlud Süleymanlı yarı koma vəziyyətindədir.