BQXK 15 xəstəni Qarabağdan İrəvana apardı
Bu barədə "Sputnik Armenia" xəbər verir
![BQXK 15 xəstəni Qarabağdan İrəvana apardı](/uploads/images/2023/03/rs/image_750x_64240578b27d1-750-1080-resize.webp)
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 15 nəfəri müalicə üçün Ermənistana aparıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 17 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.