Zəlzələ ilə əlaqədar TƏBİB-ə müraciət daxil olmayıb
Bu barədə qurum rəsmi məlumat yayıb
Dekabrın 7-də saat 08.17 radələrində Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə əlaqədar bu ana olan məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.