Ümraniye Təhsil və Araşdırma Xəstəxanası baş həkimi Prof. Dr. Necdet Sağlam sənətçinin vəziyyəti ilə bağlı açıqlamasında İnanırın reanimasiya prosesinin tamamlandığını və palataya köçürüldüyünü bildirib.
74 yaşlı sənətçinin müalicəsinin nevrologiya şöbəsində davam edəcəyini bildirən Sağlam "Reabilitasiya prosesi davam edir. O, birinci dərəcəli qohumları ilə daha rahat bir mühitdə görüşə biləcək, lakin imkan daxilində ziyarətçiləri qəbul etməyəcəyik. Sağalma prosesi başlayıb, amma bildiyiniz kimi, reabilitasiya prosesi uzun bir prosesdir. Bəzən aylar çəkə bilər" deyib.
Kadir İnanırın müalicəsinin indiyə qədər müsbət olduğunu deyən Sağlam "Heç bir neqativ hal yoxdur. Hər gün yaxşılaşır. Gündən-günə sağalır. Həm əzələ gücü, həm şüuru, həm də ümumi vəziyyəti daha yaxşıdır" bəyan edib.
Qeyd edək ki, kadır İnanır martın 24-dən reanimasiyada idi. Beyin tomoqrafiyası çəkilən zaman beyni qidalandıran əsas venada tıxanma aşkar olunmuş və əməliyyat keçirmişdi. Əsas venada olan laxta aradan qaldırılmışdı.