BQXK 13 pasienti Qarabağdan İrəvana apardı
Bu barədə "Sputnik Armenia" xəbər verir
Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 13 nəfəri müalicə üçün Ermənistana aparıb.
"Sputnik Armenia" xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 5 nəfərin müşayiətçiləri ilə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.