H.Akar zəlzələ bölgəsindəki tibb heyətimizlə görüşdü VİDEO
Bu barədə TRT Haber məlumat yayıb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycandan zəlzələ bölgəsinə göndərilən tibb heyəti ilə görüşüb. Bu haqda “TRT Haber” məlumat yayıb.
Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu vurğulayan Akar, “Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində bir yumruq, bir ürək kimi hərəkət etdiyimiz kimi, bu gün də birlikdə fərqli bir mübarizə aparırıq. Bütün qardaşlarımızın müdafiəsi və təhlükəsizliyi üçün kədər və sevinc içində bir yerdəyik. Sağ olun, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - qeyd edib.