Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.